Xızıda raket tapılıb

Xızıda raket tapılıb
# 01 iyun 2018 13:47 (UTC +04:00)

Bu gün Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Xızı rayonu, Sitalçay kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.


Məlumatlara əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


ANAMA-nın mütəxəssisləri və DİN-in Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ANAMA mütəxəssisləri tərəfindən 1 ədəd 122 mm-lik raket (9M22U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR