Oudkirk: “Cənub Qaz Dəhlizinin məqsədi Avropa enerji təhlükəsizliyinə töhfə verməkdir”

Oudkirk: “Cənub Qaz Dəhlizinin məqsədi Avropa enerji təhlükəsizliyinə töhfə verməkdir”
# 29 may 2018 16:57 (UTC +04:00)

“ABŞ hər zaman Cənub Qaz Dəhlizi layihəsinə güclü dəstək verib”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk 25-ci Xəzər Neft Qaz Sərgi və konfransı çərçivəsində keçirilən qəbulda çıxışında deyib.

O bildirib ki, bu layihənin məqsədi Avropa enerji təhlükəsizliyinə töhfə verməkdir: “İnanıram ki, yaxın gələcəkdə qazın Avropaya çatdırılmasını qeyd edəcəyik. ABŞ bu layihədə birbaşa iştirak etməsə də, müxtəlif qurumlar vasitəsi ilə güclü dəstək verib. Bu, Birləşmiş Ştatların enerji təhlükəsizliyinə verdiyi önəmin bariz nümunəsidir. Layihənin uğurunu təmin etmək üçün dəhlizin keçdiyi bütün tərəfdaş ölkələrlə işləməyə davam edəcəyik, çünki ölkəmiz tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin etməyə sadiqdir”.

Oudkirk qeyd edib ki, Cənubi Qaz Dəhlizi layihəsi Azərbaycanın böyük uğurudur: “Bu gün böyük layihənin ilkin mərhələsini qeyd etdik. Ən qısa zamanda sözügedən layihənin ikinci mərhələsi-TANAP-ın açılışı olacaq. Bu, Azərbaycanın böyük uğurudur. Böyük layihənin əsas infrastruktur hissəsi Azərbaycandadır və bu bölgənin inkişafı üçün vacib layihələrdən biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR