“AzerGold” sədri: Ümumi gəlirlərimiz 1,2 mlrd. manatı ötüb

AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov

© APA | AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov

# 22 may 2024 15:52 (UTC +04:00)

“AzerGold” QSC-nin bu günə qədər həyata keçirdiyi əməliyyatlar nəticəsində əldə edilən ümumi gəliri 1 milyard 232 milyon manatı ötüb.

"APA-Economics" xəbər verir ki, bunu QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İçərişəhərdə Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində çıxış edərkən deyib.

O, bildirib ki, qurum bugünədək 412 min unsiya qızıl (12,8 ton), 785 min unsiya gümüşün (24,4 ton) ixracını həyata keçirib: "Əlavə olaraq, yerli bazarda 15 min unsiya (0.5 ton) qızıl və 100 min unsiya (3.1 ton) gümüş realizə edilib".

“AzerGold” QSC-nin ölkəmizin dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliyyətindən danışan Z.İbrahimov qeyd edib ki, şirkətin hasilat və istehsal fəaliyyəti fonunda yerli icmalarla iş, ətraf mühitin mühafizəsi, sosial-iqtisadi inkişaf kimi vacib sahələrə davamlı töhfələrin verilməsi də əsas məqsədlərimiz sırasına daxildir.

İdarə Heyətinin sədri Səhmdar Cəmiyyətin fəaliyyətinin müasir dövrün çağırışlarına, yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, QSC tərəfindən yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi, ekosistemin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır və gələcəkdə də bir sıra yeniliklər nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR