"Beynəlxalq Bank"ın mənimsəmədə təqsirləndirilən əməkdaşları özlərini qismən təqsirli biliblər

"Beynəlxalq Bank"ın mənimsəmədə təqsirləndirilən əməkdaşları özlərini qismən təqsirli biliblər
# 11 may 2018 13:20 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri – Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə bankın nümayəndəsi hazırkı mərhələdə təqsirləndirilən şəxslərə qarşı mülki iddialarının olmadığını bildirib.

Sonra prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən R. Muradov və A. Vəliyev özlərini qismən təqsirli biliblər.

Lakin onlar məhkəmədə ifadə verməkdən imtina ediblər.

Proses mayın 18-də davam etdiriləcək.

İttihama görə, hər iki şəxs vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaiti tamah yolu ilə mənimsəyərək, onlara qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR