ABŞ Suriyada hərbi cinayətlərin araşdırılmasına 350 min dollar ayırıb

ABŞ Suriyada hərbi cinayətlərin araşdırılmasına 350 min dollar ayırıb
# 01 fevral 2018 01:13 (UTC +04:00)

ABŞ Suriyada hərbi cinayətlərin araşdırılmasına 350 min dollar ayırıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəlindən bildirilib.

“Bu, kimyəvi silahdan istifadə daxil olmaqla, Əsəd rejiminin məsuliyyətə cəlb edilməsi səylərinə xidmət edəcək. Hazırda bu çox vacibdir, çünki Rusiya Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizmi məhv edib”, nümayəndəliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, ötən il Rusiya Suriyada kimyəvi hücumların araşdırılmasını 1 il müddətinə uzadılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsini bloklayıb.

BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizm 2015-ci ildə yaradılıb. 2016-cı ildə qeyd olunan mandatın müddəti bir illik uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR