Rusiyada göyərtəsində azərbaycanlıların da olduğu gəminin axtarışı davam edir

Rusiyada göyərtəsində azərbaycanlıların da olduğu gəminin axtarışı davam edir
# 01 fevral 2018 01:54 (UTC +04:00)

Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları davam edir.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə İdarəsinin nümayəndəsi bildirib.

“Axtarış əməliyyatına cəlb edilən iki “Be 200” təyyarələrindən biri artıq havaya qalxıb, digəri Moskva vaxtı ilə saat 06:00 axtarışlara qoşulacaq. Axtarışlar həmçinin gəmilər tərəfindən də aparılır”, deyə FHN nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, indiyədək aviasiya tərəfindən 34,5 min kvadrat kilometr, gəmilər tərəfindən isə 9,7 min kvadrat kilometr ərazi yoxlanılıb. “Vostok" gəmisinin məxsus olduğu "DV-flot" şirkətinin baş direktoru Stanislav Malçevskiy bildirib ki, hadisə ilə əlaqədar heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl məbləğində kompensasiya veriləcək.

"Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı - 46 yaşlı Mübariz Hüseynov və 27 yaşlı Ruslan Əlizadə də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR