İrandan Azərbaycana heroinin keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana heroinin keçirmək istəyən şəxs saxlanılıb
# 21 sentyabr 2017 10:01 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 9,150 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR