Azərbaycan neft məhsulları ixracından gəlirlərini 53% artırıb

Azərbaycan neft məhsulları ixracından gəlirlərini 53% artırıb
# 16 may 2018 09:26 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 181 mln. 785,92 min dollar dəyərində 368 min 926,29 ton neft məhsulları ixrac edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 62 min 342,64 ton və ya 20,33% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 62 mln. 968,84 min dollar və ya 53% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 118 mln. 817,08 min dollar dəyərində 306 min 583,65 ton neft məhsulu ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,22%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR