MDM bu il 6,6 mlrd. manatlıq əlavə səhm emissiyası qeydiyyata alıb

MDM bu il 6,6 mlrd. manatlıq əlavə səhm emissiyası qeydiyyata alıb
# 07 dekabr 2017 09:20 (UTC +04:00)

Milli Depozit Mərkəzi (MDM) 2017-ci ilin yanvar-noyabr aylarında nominal dəyəri 6 mlrd. 588 mln. 155,980 min manat olan əlavə səhm emissiyası üzrə əqdlər qeydiyyata alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 37,97% azdır.

Bu barədə "APA-Economics"ə MDM-dən məlumat verilib.

Qeyd olunan dövrdə MDM-də emitentlərin əlavə səhm emissiyası üzrə 1039, noyabrda 1 mlrd. 266 mln. 5 min manat məbləğində 178 əqd qeydiyyata alınıb.

Yanvar-noyabr aylarında Milli Depozit Mərkəzi qiymətli kağızların emitentləri ilə 31, noyabrda isə 4 müqavilə bağlayıb.

Hesabat dövründə mərkəz tərəfindən nominal dəyəri 706 mln. 31,776 min manat olan 2227 min birja əqdinin, o cümlədən noyabrda 61 mln. 532,950 min manat məbləğində 254 birja əqdinin qeydiyyatı aparılıb.

Bundan əlavə, yanvar-noyabr aylarında MDM nominal dəyəri 768 mln. 778,966 min manat olan qiymətli kağızlarla 388 birjadankənar əqd, o cümlədən noyabrda 30 mln. 921,176 min manat məbləğində qiymətli kağızlarla 44 birjadankənar əqd qeydiyyata alıb.

MDM 1997-ci ilin sentyabr ayında yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR