Bu gün Tramp ABŞ-ın yeni dövlət katibinin adını açıqlayacaq

Bu gün Tramp ABŞ-ın yeni dövlət katibinin adını açıqlayacaq
# 13 dekabr 2016 02:18 (UTC +04:00)

Bu gün, Bakı vaxtı ilə günün ikinci yarısında ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin növbəti dövlət katibinin adını açıqlayacaq.

APA-nı xəbərinə görə, bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Növbəti dövlət katibinə dair açıqlamanı sabah verəcəm”, D.Tramp yazıb.

Qeyd edək ki, ötən gün “Fox News” telekanalı məlumatlı mənbələrə istinadən dövlət katibi postuna “ExxonMobil” neft korporasiyasının rəhbəri Reks Tillersonun təyin ediləcəyi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR