DİN 8 yaşlı qızın güllələnməsi haqda məlumat yayıb

DİN 8 yaşlı qızın güllələnməsi haqda məlumat yayıb
# 29 iyul 2017 10:26 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Biləsuvarda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı, 8 yaşlı Səbinə Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR