Türkiyədən Gürcüstana qızıl keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Türkiyədən Gürcüstana qızıl keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
# 08 dekabr 2017 08:54 (UTC +04:00)

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Türkiyə ilə sərhəddə yerləşən Sarpi gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşını saxlayıblar.


APA-nın yerli bürosunun xidmətin məlumatına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxs Gürcüstan ərazisinə avtomobilinin gizli yerində ümumi çəkisi 2,5 kq olan qızıl əşyalar keçirməyə cəhd edib. Zinət əşyalarının gömrük dəyəri 165500 lari təşkil edir.

Faktla bağlı cinayət işi açılıb. Azərbaycan vətəndaşını 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR