Bakıda qadın evinin çardağından xeyli sayda silah-sursat tapıb

Bakıda qadın evinin çardağından xeyli sayda silah-sursat tapıb
# 27 fevral 2019 12:15 (UTC +04:00)

Bakıda qadın evinin çardağından xeyli sayda silah-sursat aşkar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirib.

Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd “F-1” qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürüb və aidiyyatı üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR