Yaponiyanın baş naziri Pörl Harbora səfər edib

Yaponiyanın baş naziri Pörl Harbora səfər edib
# 27 dekabr 2016 07:18 (UTC +04:00)

Yaponiyanın baş naziri Sindzo Abe ABŞ-ın Havay adalarına səfər edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bir neçə memorialı ziyarət edən S. Abe ABŞ prezidenti Barak Obama ilə birlikdə Havay adalarında yerləşən Pörl Harbora da baş çəkəcək. Yaponiyanın 1941-ci ildə Pörl Harborda ABŞ hərbi donanmasına hücumundan sonra bu səfər Yaponiya hökumət başçısının buraya ilk səfəridir. S. Abenin ölənlərin ruhuna dualar oxuyacağı, lakin üzr istəməyəcəyi bildirilib.

Xatırladaq ki, B. Obama ABŞ-ın atom bombası atması nəticəsində 150 min insanın öldüyü Hirosima şəhərini ziyarət etmişdi.

Xatırladaq ki, 1941-ci il dekabrın 7-də Yaponiya aviasiyasının Pörl Harbordakı ABŞ hərbi qüvvələrini bombardman etməsi nəticəsində 2300-dən çox amerikalı ölüb. Bundan sonra ABŞ Yaponiyaya müharibə elan edərək 2-ci Dünya müharibəsinə qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR