Nazir: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT müşahidəçilərinin sayının artırılması üçün iş aparılır"

Nazir: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT müşahidəçilərinin sayının artırılması üçün iş aparılır"
# 08 dekabr 2017 12:31 (UTC +04:00)

"ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT müşahidəçilərinin sayının artırılması üçün praktik parametrlərin razılaşdırılması istiqamətində çalışır".

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

S. Lavrov bildirib ki, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi 2016-cı ilin mayında Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada həmsədr ölkələrin xarici işlər nazirləri ilə birgə toplantısında və iyunda Sankt-Peterburqda hər iki ölkə prezidentinin və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə müzakirə edilib: “Bundan sonra razılaşma prinsipial olaraq ATƏT-ə ötürülüb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR