Əli Həsənov: “Əsgərimizin nəşinin qaytarılması məsələsi ölkə başçısının nəzarətindədir”

Əli Həsənov: “Əsgərimizin nəşinin qaytarılması məsələsi ölkə başçısının nəzarətindədir”
# 27 yanvar 2017 16:06 (UTC +04:00)

“Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşini qaytarmamaqla Ermənistan tərəfi növbəti dəfə öz çirkinliyini nümayiş etdirir”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

”Məsələ ölkə başçısının nəzarətindədir. Şübhəmiz yoxdur ki, əsgərimizin nəşi qaytarılacaq”, - deyə o bildirib.

Baş nazirin müavini 2014-cü ildə Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə də toxunub: "Bütün dünya növbəti dəfə Ermənistan tərəfinin qanunsuz əməllərinə şahidlik edir. Beynəlxalq təşkilatların, dövlətlərin bununla bağlı sərt reaksiyası var. Öz ata-analarının qəbrini ziyarət etməyə gedən insanlara terrorçu adı qoyuldu. Dilqəmlə Şahbaz Ermənistan ordusuna güclü zərbə vurdu. Ermənistan ordusu hələ də bu zərbənin altındadır, müxalifət hələ də bundan danışır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR