AMB balansındakı torpaq və tikililərin mühafizəsini təşkil edəcək şirkət seçir

AMB balansındakı torpaq və tikililərin mühafizəsini təşkil edəcək şirkət seçir
# 03 fevral 2017 06:25 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) kotirovka sorğuları keçirir.

"APA-Economics" AMB-nin elanına istinadən xəbər verir ki, kotirovka sorğuları Mərkəzi Bankda istismarda olan kompüter, server və rabitə avadanlıqlarının ehtiyat hissələrinin satın alınması, tənzimləyici üçün printer və surətçıxarma aparatı kartriclərinin satın alınması, banka məxsus torpaq və tikililərin mühafizəsinin təşkil edilməsi ilə bağlıdır.

Kotirovka sorğuları üçün möhürlənmiş və imzalanmış təklif zərfləri fevralın 13-dək qəbul ediləcək və fevralın 14-də AMB-nin inzibati binasında açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR