BMT TŞ Suriyadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT TŞ Suriyadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək
# 08 aprel 2018 22:33 (UTC +04:00)

Suriyada kimyəvi silahdan istifadə olunmaqla hücumun törədilməsinə dair xəbərlər yayıldıqdan sonra doqquz ölkə BMT TŞ-in iclasının çağırılması tələbini dəstəkləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın daimi nümayəndəliyi “Tvitter” hesabında yazıb.

“Böyük Britaniya, Fransa, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot-di-Vuar Suriyada kimyəvi silahdan istifadəyə dair yayılan xəbərləri müzakirə etmək üçün BMT TŞ-in təcili iclasının çağırılmasını tələb ediblər.

Böyük Britaniyanın daimi nümayəndəliyi iclasın aprelin 9-na təyin edildiyi qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR