Azərbaycanın istehlak bazarı 1% böyüyüb

Azərbaycanın istehlak bazarı 1% böyüyüb
# 25 yanvar 2017 09:23 (UTC +04:00)

2016-cı ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 39,2 mlrd. manat olmaqla 2015-ci ilə nisbətən müqayisəli qiymətlərlə 0,9% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat ilində qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsini real ifadədə 1,1% üstələyərək 37,5 mlrd. manata bərabər olub.

Hesabat ilində bir istehlakçı orta hesabla ayda 339,1 manatlıq və ya 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 39,2 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR