Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyasının Beynəlxalq yükdaşımalarla bağlı sessiyasında iştirak edir

Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyasının Beynəlxalq yükdaşımalarla bağlı sessiyasında iştirak edir
# 13 oktyabr 2016 15:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində Beynəlxalq Yük Daşımaları Kitabçası (BYD) tətbiq etməklə beynəlxalq yük daşımaları haqqında gömrük konvensiyasının İnzibati Komitəsinin (AC.2) 64-cü və Nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupun 144-cü sessiyası öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sessiyalarda Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. BYD İnzibati Komitəsinin (AC.2) 64-cü sessiyası Azərbaycanın sədrliyi ilə keçirilir.

Sessiyada Konvensiyanın müddəalarının icra vəziyyəti, ayrı-ayrı maddələrə düzəlişlərlə bağlı təkliflər və digər hüquqi məsələlər müzakirə edilir.

Qeyd edək ki, 1975-ci ildə imzalanmış Beynəlxalq Yük Daşımaları Kitabçası tətbiq etməklə beynəlxalq yük daşımaları haqqında gömrük konvensiyası hazırda yeganə qlobal tranzit sistemidir və ölkələrdə konvensiyanın tələbləri əsasında beynəlxalq avtomobil daşımaları zamanı tranzit prosedurları və gömrük tənzimlənməsi məsələlərini əhatə edir.

Sessiya oktyabrın 14-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR