Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 25 oktyabr 2016 11:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə qadın dərmandan zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Pərvanə Ağayeva naməlum dərmandan zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR