Fransa Kubokunun finalçıları müəyyənləşib

Fransa Kubokunun finalçıları müəyyənləşib
# 01 fevral 2018 00:17 (UTC +04:00)

Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

APA-nın məlumatına görə, “Monako” klubu “Monpelye”ni 2:0 hesab ilə məğlub edərək həlledici matça vəsiqə qazanıb.

Qaliblərin heyətində Radamel Falkao dubla imza atıb.

Qeyd edək ki, bundan əvvəl “PSJ” turnirin finalına yüksəlib. Fransa Kuboku uğrunda final matçı martın 31-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR