İmişli rayonunun Qaradonlu kəndində qəza törədən "Mercedes" markalı avtomobil diametri 108 mm olan orta təzyiqli, yerüstü qaz xəttini zədələyib.
"Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda Qaradonlu kəndində 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb.