Goranboyda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb

Goranboyda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb
# 28 fevral 2017 23:17 (UTC +04:00)

Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Dəliməmmədli qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində maşında olan 4 nəfər Quşçular kənd sakinləri, 1985-ci il təvəllüdlü Esmira Tağıyeva, 1989-cu il təvəllüdlü İlahə Mustafayeva, 1996-cı il təvəllüdlü Əfsanə İbrahimova və 1985-ci il təvəllüdlü Xəyal Mustafayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdrma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR