Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - FOTO - VİDEO

 Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 avqust 2017 16:31 (UTC +04:00)

Bu gün səhər Rusiyada pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyov öldürülüb.

APA-nın “360tv.ru” saytına istinadən verdiyi məlumata görə, A. Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində ölüb.

Sosial şəbəkələrdə həmin dava-dalaşın görüntüsü yayılıb. “Qazeta.ru” saytı A. Draçyovu öldürən şəxsin Azərbaycan əsilli 25 yaşlı Anar Ziranov olduğu, onun döyüş idman növləri ilə məşğul olduğunu yazıb. Digər məlumatlara görə, A. Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur. Həmin adlı şəxsin sosial şəbəkələrdə boksla və qaydasız döyüşlə məşğul olduğu əksini tapıb.

Xabarovsk polisi istintaqa adı məlum olan şübhəli şəxslə bağlı axtarış elan edib. Aeroport, vağzal və yollarda da axtarış aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR