İcbari sığorta haqqının ümumi məbləğinin hesablanması qaydası hazırlanacaq

İcbari sığorta haqqının ümumi məbləğinin hesablanması qaydası hazırlanacaq
# 21 fevral 2019 11:40 (UTC +04:00)

Azərbaycanda icbari sığorta haqqının ümumi məbləğinin hesablanması qaydası hazırlanacaq.

ONA.az-ın məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla statistik məlumatların təqdim edilməsi və sığorta haqqının ümumi məbləğinin hesablanması qaydası barədə təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda iqtisadi ekspertizanın və tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələbləri və ilkin tibbi sənədlərin siyahısı barədə təkliflər altı ay müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanuna əsasən icbari tibbi sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR