Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib. Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Saray bələdiyyəsinin sədri Natiq Tahirov barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırlması üçün cavabdeh şəxsə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Tullantıların qalaqlanmasına və yandırılmasına görə bələdiyyə sədri cərimələnib
16 avqust 2017 08:07 (UTC +04:00)
Sosial
Əksər rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
10:31
12 may 2024
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək
07:17
12 may 2024
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
07:06
12 may 2024
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024