FHN Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB-1

FHN Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB-1
# 23 avqust 2017 20:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda 10 m² sahədə məişət tullantıları və 6 m² sahədə taxtadan ibarət hasar yanıb. Yüksək temperaturdan bitişik 13 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində quraşdırılmış 2 ədəd kondinsioner qismən, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 m² olan eyvanın plastik pəncərəsi əriyib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

16:32

Nərimanov rayonu ərazisində yanğın söndürülüb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

***

saat 16.02

Nərimanov rayonunda yanğın başlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR