“Qarabağ”ın hücumçusu Seneqalla oyunlara çağırılıb

“Qarabağ”ın hücumçusu Seneqalla oyunlara çağırılıb
# 26 oktyabr 2017 14:59 (UTC +04:00)

“Qarabağ”ın hücumçusu Dino Ndlovu yenidən Cənubi Afrika Respublikasının (CAR) yığmasına çağırılıb. Apasport.az-ın goal.com saytına istinadən məlumatına görə, 27 yaşlı forvard Nigeriya ilə seçmə mərhələ matçlarında iştirak edəcək.

Belə ki, baş məşqçi Stüart Bakster 24 nəfərlik heyətə Ndlovunun da adını daxil edib.

CAR millisi seçmə mərhələnin D qrupundakı son matçlarını noyabrın 10-da və 14-də Seneqala qarşı keçirəcək. Əslində, bu komandalar ötən il bir dəfə üz-üzə gəlmiş və CAR 2:1 hesablı qələbə qazanmışdı. Lakin FİFA baş hakimin şübhəli qərarlar qəbul etdiyini əsas gətirərək, görüşün yenidən oynanılmasını məqsədəuyğun bilmişdi.

Komandalar əvvəlcə CAR-da, 4 gün sonra isə Seneqalda qarşılaşacaqlar. Hazırda D qrupunda sonuncu yerdə qərarlaşan Ndlovunun komandası hər iki matçda qalib gələcəyi təqdirdə xallarının sayını 10-a çatdıracaq və lider kimi dünya çempionatına vəsiqə qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR