Nyu Yorkda gəmi-taksi qəzaya uğrayıb, 30 nəfər xəsarət alıb

Nyu Yorkda gəmi-taksi qəzaya uğrayıb, 30 nəfər xəsarət alıb
# 29 iyul 2017 08:51 (UTC +04:00)

ABŞ-ın Nyu York şəhərində sərnişinləri daşıyan gəmi-taksi qəzaya uğrayıb, nəticədə 30 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti"yə istinadən verdiyi məlumata görə, su taksisi Manhettendə Linkoln tunelinin yanındakı liman tikilisinə çırpılıb.

Su taksisinin göyərtəsində 125 nəfər olub. Hadisənin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR