ƏƏSMN və BMT İnkişaf Proqramı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

ƏƏSMN və BMT İnkişaf Proqramı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
# 04 may 2018 08:21 (UTC +04:00)

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Sahil Babayev ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai arasında tanışlıq görüşü olub.

ƏƏSMN-dən “APA-Economics”ə verilən məlumata görə S. Babayev BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı Azərbaycanda fəal və məqsədyönlü siyasət aparıldığını qeyd edib, Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu məqsədlərin həyata keçirilməsi sahəsində uğurlu addımların atılmasına imkan yaratdığını vurğulayıb.

Nazir ötən dövrdə BMT İnkişaf Proqramı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs edib, həmin layihələrin milli sosial müdafiə sisteminin inkişafı, habelə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi sahələrində aparılan işlərə öz töhfəsini verdiyini bildirib.

S. Babayev hazırda təşkilatla birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinin davam etdirildiyini, gələcəkdə aktiv əmək bazarı proqramlarının təşkili sahəsində birgə işlərin miqyasının genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

Q. İsakzai ölkəmizdə milli inkişaf prioritetlərinin “Dayanıqlı İnkişaf Məqsədləri”nə uyğunlaşdırılmasının, bu məqsədlərə, o cümlədən hər kəs üçün səmərəli məşğulluq imkanlarının yaradılmasına doğru praktik fəaliyyət müstəvisində mühüm işlərin aparılmasının təqdirəlayiq olduğunu vurğulayıb. O, aktiv məşğulluq tədbirlərinin təşkili və genişləndirilməsi sahəsində nazirliklə əməkdaşlıq təcrübəsinin davam etdirilməsinə maraq göstərdiklərini bildirib.

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, ƏƏSMN və BMT İnkişaf Proqramı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR