Nazir müavini: “Gürcüstanda “Şahdəniz-2” layihəsi üzrə tikinti işləri sürətlənir”

Nazir müavini: “Gürcüstanda “Şahdəniz-2” layihəsi üzrə tikinti işləri sürətlənir”
# 24 noyabr 2016 08:29 (UTC +04:00)

”Gürcüstanda “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq təbii qazı Türkiyəyə daşıyacaq boru kəmərinin kompressor stansiyalarının tikintisi 2019-cu ildə başa çatacaq və tədricən kəmərə verilən qazın həcmi artacaq”.


Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili bildirib. O deyib ki, Gürcüstan ərazisində tikintinin gedişi sürətlənir: “Yeni tikilən kompressor stansiyalarında BP-nin həyata keçirdiyi işlər yaxşı gedir. Biz götürdüyümüz öhdəliyi vaxtında yerinə yetirəcəyik. 2019-2020-ci illərin sonunda bu layihənin istifadəsindən sonra boru kəmərinə verilən qazın həcmi artacaq. Bu, çox yaxşı xəbərdir”.

Nazir müavini Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə elektrik enerjisinin verilməsindən də danışıb: “Artıq bir neçə aydır ki, Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə elektrik enerjisinin verilməsinə başlanıb. Bu sahədə istər Azərbaycan, istərsə də Türkiyə ilə əməkdaşlığımız inkişaf edir. Düşünürəm ki, biz bu sahədə əməkdaşlığımızı tədricən genişləndirəcəyik. Çünki infrastruktur var və düşünürəm ki, həcm daha da artacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR