Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var

Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
# 22 may 2018 17:54 (UTC +04:00)

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nin yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 203-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində Kürdəmir rayonunun Karrar kənd sakini, 1991-cı il təvəllüdlü Elvin Şəmsəddin oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü E. Əliyev və sərnişini 1994-cü il təvəllüdlü Ceyhun Akif oğlu Bayramlı müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq Təhqiqat və Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR