Abşeron sakinini öldürən şəxslər tutulub

Abşeron sakinini öldürən şəxslər tutulub
# 12 aprel 2017 10:04 (UTC +04:00)

Abşeron rayonunda qətl törədən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 10-da Abşeron rayonunun "28 May" qəsəbəsi ərazisindən qəsəbə sakini Tapdıq Məmliyev döyülmə xarakterli xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri Səftər Hacıyev, qardaşı Bəxtiyar və əmisi oğlu Şahmar Hacıyev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR