Bakı Atatürk Liseyinin vəfat edən müdirinin cənazəsi bu gün Türkiyəyə göndəriləcək

Bakı Atatürk Liseyinin vəfat edən müdirinin cənazəsi bu gün Türkiyəyə göndəriləcək
# 16 noyabr 2016 10:16 (UTC +04:00)

Bakı Atatürk Liseyinin müdiri Əli Devrim dünyasını dəyişib. APA-nın məlumatına görə, Ə. Devrim noyabrın 15-də axşam saatlarında vəfat edib.

Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Onun cənazəsi dəfn edilmək üçün bu gün ölkəsinə göndəriləcək.

Qeyd edək ki, Ə.Devrim bir neçə ildir Azərbaycanda fəaliyyət göstərən Anadolu və Atatürk Liseyinin rəhbərliyində təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR