Bakıda yaşayış binasında yanğın olub, bir nəfər zəhərlənib

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər zəhərlənib
# 08 may 2018 14:40 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin beşinci mərtəbəsində köməkçi tikilinin içərisində yığılmış ev əşyaları 4 m2 sahədə yanıb. Yanğın zamanı tüstüdən zəhərlənmiş 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR