Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edib
# 15 mart 2018 08:47 (UTC +04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Salyan şəhərində Neftçala, Biləsuvar, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Muğan Regional Mərkəzinin binasında fövqəladə hallar naziri tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələ il bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 90, digər məsələlərlə bağlı müraciət etmiş 20 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR