Merve Kavakçı səfir təyin olunub

Merve Kavakçı səfir təyin olunub
# 26 iyul 2017 16:08 (UTC +04:00)

Türkiyənin bir neçə ölkədə yeni səfiri təyin olunub.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin müşaviri Əhməd Gün Türkiyənin BMT-dəki daimi nümayəndəsi postuna təyinat alıb.

Ecevit hökuməti zamanında başı örtülü Türkiyə Böyük Millət Məclisinə gəldiyinə görə deputat mandatından məhrum edilməsi ilə populyarlaşan Merve Kavakçı Türkiyənin Malayziyada, Murat Mercan isə Yaponiyada səfir təyin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR