Amerikalıların 58 faizi Trampın fəaliyyətindən narazıdır

Amerikalıların 58 faizi Trampın  fəaliyyətindən narazıdır
# 24 oktyabr 2017 00:37 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın reytinqi rekord səviyyədə minimuma enib.

APA-nın xəbərinə görə, bu barədə “The Hill” məlumat verib.

Hazırda amerikalıların 58 faizi Trampın fəaliyyətindən narazıdır. Sorğuda iştirak edən respondentlərin 42%-i Trampa qarşı impiçment prosedurunun başlanmasının lehinə səs verib. Bir çoxları Trampın miqrasiya və beynəlxalq münasibətlər üzrə mövqeyini tənqid edir.

Bununla belə, sorğuda iştirak edənlərin 50%-i prezidentin iqtisadiyyat və terrorçuluqla mübarizə sahəsində siyasətini dəstəkləyib.

Qeyd edək ki, sentyabrda ABŞ liderinin reytinqinin 2% artdığı bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR