Londonda metroda baş verən partlayış nəticəsində yaralananların sayı artıb

Londonda metroda baş verən partlayış nəticəsində yaralananların sayı artıb
# 15 sentyabr 2017 19:21 (UTC +04:00)

London metrosunda baş verən partlayış nəticəsində yaralananların sayı 29-a çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 22 nəfərin yaralandığı bildirilirdi.

Xəsarət alanların həyatlarına təhlükə olmadığı bildirilir. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Skotland-Yarddan bildirilib ki, qatarda yerləşdirilən əldəqayırma partlayıcı qurğu tam işə düşməyib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib, onun adı hələ ki, açıqlanmır.

London metrosunun "Parsons Green” stansiyasında partlayış bu gün, səhər saatlarında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR