İtaliyada zəlzələ nəticəsində onlarla insan yaralanıb - YENİLƏNİB

İtaliyada zəlzələ nəticəsində onlarla insan yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 30 oktyabr 2016 12:15 (UTC +04:00)

Bu gün İtaliyanın mərkəzində baş verən zəlzələ nəticəsində onlarla insan yaralanıb, ölənlər yoxdur.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Vətəndaşların Müdafiəsi Departamentinin rəhbəri Fabritsio Kurço bildirib.

F. Kurço deyib ki, yaralılardan birinin durumu ağırdır.

Qeyd edək ki zəlzələnin ocağı Norça şəhəri yaxınlığında olub.

***

saat 11.02

Bu gün saat 10.41 radələrində İtaliyanın mərkəzində güclü zəlzələ olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, RAI TV zəlzələnin maqnitudasının 7.1 olduğu barədə məlumat yayıb.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında zəlzələnin ocağının 10 km dərinlikdə, zəlzələnin gücünün 6,6 maqnitudalı olduğu qeyd edilib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR