Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 25 noyabr 2019 22:48 (UTC +04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qaradağ rayonunun Korgöz qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Əmiraslanov Rauf Qulu oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı Təcili Tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR