Şahdağ Milli Qoruğunda yanğın söndürülüb - YENİLƏNİB

Şahdağ Milli Qoruğunda yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 20 avqust 2017 11:06 (UTC +04:00)

Qəbələ rayonu, Tikanlı kəndində Şahdağ Milli Qoruğunun ərazisində 0,35 ha sahədə talalıq, ağac qırıntıları və qurumuş ağac kötükləri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 11.56

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda Şahdağ Milli Parkının ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

İlkin məlumata əsasən parkın ərazisində kol-kos və quru otluq sahələr yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR