Bakıda keçiriləcək dünya çempionatının tarixi dəqiqləşib

Bakıda keçiriləcək dünya çempionatının tarixi dəqiqləşib
# 12 dekabr 2017 08:21 (UTC +04:00)

2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, paytaxtımızda ilk dəfə keçiriləcək mundial sentyabrın 20-də start götürəcək.

Yarış 8 gün davam edəcək. Artıq Beynəlxalq Cüdo Federasiyası bunu təsdiqləyib və yeni ilin təqvimində rəsmiləşdirib.

Mundialın paytaxtımızda olması isə “Böyük Dəbilqə”nin başqa şəhərə verilməsi ilə nəticələnib. Bu dəfə yarış Almaniyanın Düsseldorf şəhərinə etibar edilib. Halbuki, bir qədər öncəyə qədər turnirin mayın 11-13-də Bakıda keçiriləcəyi açıqlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR