Sərhədçi Olimpiya Mərkəzində Milli Karate Federasiyasının yeniyetmələr və gənclər arasında 17-ci Respublika birinciliyi, böyüklər arasında isə 24-cü respublika çempionatı keçirilib.
Çempionata 41 komanda və bu komandalardan 430 idmançı qatılıb.
Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun (İSK) idmançıları da təmsil olunublar.
İSK-dan APA-ya verilən məlumata görə, gənclərdən ibarət çempionatda 61 kq çəki dərəcəsində klubu təmsil edən Nağıyev İlyas 3-cü yer, kişilər və qadınlar arasında 60 kq çəki dərəcəsində Ələkbərli Tural 2-ci yer, 68 kq çəki dərəcəsində Rəfiyeva Aytən 2-ci yerə layiq görülüblər.
FHN-in idmançılarının məşqçisi Sadıqov Coşqun olub.