Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfər çərçivəsində BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının İcraçı katibinin müavini Abdalla Hamdok ilə görüşüb. XİN-dən APA-ya verilən məlumata görə, görüşdə Abdalla Hamdok BMT-nin Afrika üzrə İqtisadi Kommissiyasının fəaliyyəti, həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verib.
Elmar Məmmədyarov bu il Azərbaycan və BMT arasında uğurlu tərəfdaşlığın 25 illiyinin qeyd olunduğunu bildirərək xüsusilə müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış qurumlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Ölkəmizin yoxsulluğun aradan qaldırılması, təhsil, səhiyyə, məşğulluq, gənclər və idman siyasəti sahəsində əldə etdiyi nailiyyətlərindən, ASAN xidmət təcrübəsindən və regional əməkdaşlıq, sülh və çiçəklənməyə verdiyi töhfələrindən danışan nazir Elmar Məmmədyarov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə həyata keçirilməsi istiqamətində atılan addımlar barəsində həmsöhbətə məlumat verib. Nazir Azərbaycanın uğurlu ASAN xidmət təcrübəsinin Afrika qitəsi ölkələri ilə bölüşməyə hazır olduğunu və bu xüsusda Afrika İttifaqında ASAN xidmətin təqdimatının keçirildiyini qeyd edib.
Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən Afrika qitəsinin problemlərinə xüsusi diqqət ayırdığını deyən Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin qitədə həyata keçirdiyi humanitar layihələrə toxundu və Azərbaycanla Afrika ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illər üzrə üzvü kimi Azərbaycanın bu sahədə BMT-nin fəaliyyətinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.
Görüş əsnasında Azərbaycan və BMT-nin Afrika üzrə İqtisadi Komissiyası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı və Cənub-Cənub əməkdaşlığının əhəmiyyəti qeyd olunub.
Elmar Məmmədyarov BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının İcraçı katibinin müavini ilə görüşüb
09 noyabr 2017 11:03 (UTC +04:00)
Xarici siyasət
Britaniya səfiri Naxçıvana səfər edib - FOTO
12:52
28 aprel 2024
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024