Güclü leysan Tovuzda fəsadlar yaradıb

Güclü leysan Tovuzda fəsadlar yaradıb
# 29 may 2018 16:38 (UTC +04:00)

Tovuz rayonuna yağan güclü leysan fəsadlara səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon mərkəzinə və kəndlərə düşən güclü yağış avtomobil yollarında və səkilərdə hərəkəti çətinləşdirib.

Xüsusilə rayon mərkəzindəki küçələr daha keçilməz olub. Kanalizasiya boruları yağış suları ilə dolub, gediş-gəliş üçün nəzərdə tutulan yollar yağış sularının altında qalıb. Bölgənin digər rayonları-Qazax və Ağstafada da güclü yağış oxşar vəziyyət yaradıb.

Leysan təxminən yarım saat davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR