Qubada 13 yaşlı qızını öldürən ata saxlanılıb - YENİLƏNİB

Qubada 13 yaşlı qızını öldürən ata saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 31 yanvar 2017 11:58 (UTC +04:00)

Bu gün günorta saatlarında azyaşlı qızını öldürən ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA-nın şimal bürosunun məlumatına görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əşrəf Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

12:46

Quba rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.

Kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib.

Atanın ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR