Xaçmaz sakinini döyüb öldürən şəxs saxlanılıb

Xaçmaz sakinini döyüb öldürən şəxs saxlanılıb
# 19 iyul 2017 10:15 (UTC +04:00)

Xaçmaz sakinini döyüb öldürən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyun ayının 18-də Xaçmaz şəhər sakini Əlihüseyn Əzizli insult diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı cari il iyun ayının 17-də Xaçmaz şəhərindəki kafelərdən birində şəhər sakini Sərxan İsmayılovun münaqişə zəminində Ə.Əzizlinin baş nahiyəsinə şüşə qabla (butılka) xəsarət yetirməsi müəyyənləşib.

S.İsmayılov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR