Sığorta şirkətləri üçün hədəflər açıqlanıb

Sığorta şirkətləri üçün hədəflər açıqlanıb
# 05 may 2018 15:21 (UTC +04:00)

“Son 50 ildə rəqəmsal texnologiyalar sahəsində nə qədər irəliləyiş baş veribsə, növbəti 5 ildə 10 dəfə daha sürətlə inkişaf gedəcək”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) "AtaSıorta" ASC-nin İdarə Heyətinin sədr müavini Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, ənənəvi rəqabət sərhədləri pozulub: "Bu gün banklarla super marketlər rəqabət aparır. Yəni, bu gün sahələr arasında rəqabət gedir. Bu da daha da böyük inkişafa səbəb olacaq".

O. Məmmədov deyib ki, proseslərin elektronlaşması ilə insanların hər yerdə ünsiyyət qurmaq imkanları yaranıb: "Rəqəmsala keçmək bankların və şirkətlərin xərclərinin azalmasına səbəb olub. Ancaq bütün bunlar xərclərə nəzarəti zəiflədir. Bu trendlərdən də geri qalan şirkətlər bazardan getmək məcburiyyətində qalırlar".

O. Məmmədov bildirib ki, bu gün dünya sosial şəbəkələr erasını yaşayır və hər bir sosial şəbəkənin yarım milyard müştərisi mövcuddur: "Bu gün sığorta şirkətləri heç kəsi mobil tətbiqlərlə təəccübləndirə bilməz. Bunun üçün də nə qədər sığorta şirkətləri rəqəmsal sistemə keçməyib, şirkətlər müştəri itirməli olacaqlar və necə ki, itirirlər. Şirkətlər bu risklərdən sığorta olmaq üçün bu yeniliklərə, rəqəmsal transplantasiya olmalıdır".

Sığorta şirkətinin rəsmisi bildirib ki, hazırda bu tendensiyalardan istifadə edən şirkətlər qazanır: “Bəzi şirkətlər müştərinin sosial şəbəkəsini öyrənməklə onun barəsində məlumatları toplayır. Bu gün şirkətlər qarşısında duran əsas məsələ kibertəhlükəsizlikdir. Bu kibertəhlüksizlik qorxusundan bəzi şirkətlər yenilənməyə, elektronılaşmaya, rəqəmsalaşmaya getmirlər. Onlar məlumatların bu rəqəmsallaşma ilə oğurlana biləcəyindən və ya hakerlərin əllərinə keçməsindən qorxurlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR